Rusiyadakı qazıntılarda azərbaycanlıların meyitləri tapılıb?
İkinci Dünya Müharibəsi zamanı Rusiyanın Smolensk şəhəri ətrafında döyüşlərdə həlak olmuş və indiyədək itkin düşmüş hesab edilən əsgərlərin tapılması üçün qazıntı işləri yekunlaşıb.
Bu müddətdə döyüşlərdə həlak olan və itkin düşən azərbaycanlılardan heç biri qazıntılar əsasında tapılmayıb. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva vilayəti üzrə regional şöbəsinin icraçı direktoru Şamil Tağıyev məlumat verib. O qeyd edib ki, iki həftə ərzində ərazidə könüllülər işləyib.
"Kiçik ərazidə aparılan qazıntılar zamanı meyidləri çıxarılan əsgərlər arasında azərbaycanlılar yoxdur.
Könüllülərin vaxtı az idi. Onlar balaca ərazidə iş aparırdılar. Artıq vaxtları bitib və öz işlərinə qayıdıblar.
Onlar bildiriblər ki, 100 min rubl ayrılsa 1 aydan sonra qayıdıb 2-3 həftəlik qazıntı işləri aparıb cəsədləri aşkarlamaq mümkün ola bilər".
İkinci Dünya Müharibəsi zamanı Smolensk ətrafında döyüşlərdə həlak olan və yenicə aşkarlanmış kütləvi qəbiristanlıqda basdırılmış bəzi azərbaycanlıların siyahısı: Sultanov Ağasuvar Xankişi oğlu, 1911, Əli Bayramlı şəhəri İsayev Əşir Kərim oğlu, 1913, Nuxa (Şəki) Əliyev Şükür, 1909, Əli Bayramlı Səfərov Məhəmməd Əli oğlu, 1908, Tərtər Süleymanov Əhməd, 1907 Astanov Səməd, 1917, Tovuz rayonu Mayılov Qurbani Xudaş oğlu 1915, Yardımlı Mitayev Orucəli Orucəli oğlu 1907, Əli Bayramlı Məmmədov Süleyman Müslüm oğlu, 1908, Tovuz Abiyev Həbibi Qadjamoviç, 1913, Qusar Səfərov Əliqulu ,1909, Əli Bayramlı İzbəyov İbad, 1920 Mustafayev Əli, 1914, Salyan rayonu Cabbarov Salah Abdul oğlu, 1920, Zəngilan rayonu Quliyev Ələkbər, 1905, Ağdam rayonu Bəşirov Asən, 1909, Əli Bayramlı Qədimov Qalib, Musa oğlu, 1915, Nuxa (Şəki) Ağəmmədov Həsən Haqverdi oğlu, 1916, Qax Quliyev Süleyman Məzi oğlu, 1902 Quliyev Sərhəd, Əli Bayramlı Vəliyev Mehralı Ağabala oğlu, 1905, Nuxa (Şəki).
843 dəfə oxundu