Vəkil Elçin Həsənov barəsində bəraət hökmünün çıxarılmasını istəyib

Vəkil Elçin Həsənov barəsində bəraət hökmünün çıxarılmasını istəyib


Bu gün Nizami Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən jurnalist Elçin Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. "Report"un məlumatına görə, E.Həsənovun vəkili Fariz Namazlı müdafiə çıxışı edib.

O, çıxışında ittihamların əsassız olduğunu deyib və onun hüquqlarını müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Məhkəmənin növbəti prosesi mayın 25-nə təyin edilib. Qeyd edək ki, E.Həsənov Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunur. Ötən prosesdə dövlət ittihamçısı çıxış edərək E.Həsənovun 3 il 5 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, E.Həsənov Sumqayıtda nəşr edilən “Yüksəliş naminə” internet-qəzetin redaktor müavini vəzifəsində çalışıb. Bundan başqa, o, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin üzvü, “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” qeyri-hökumət təşkilatı sədrinin müavinidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 300 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...