Rusiya gömrük rəisi azərbaycanlılara görə tutuldu

Rusiya gömrük rəisi azərbaycanlılara görə tutuldu


Rusiya gömrük rəisi azərbaycanlılarla əlbir olaraq qaçaqmalçılıq etməkdə ittiham edilir. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Moskvanın Meşşanski rayon məhkəməsi Vnukova hava limanının gömrük postunun rəisi Vyaçeslav Latskini vəzifə səlahiyyətlərini aşdığı üçün saxlanılması barədə qərar qəbul edib.

"Məhkəmə istintaqın vəsatətini təmin edib və Latskin barəsində iyul ayının 4-dək həbs qətimkan tədbiri seçilib". Bu barədə hakim Yelena Qudaşnikova deyib. Məhkəmə iclası zamanı dövlət ittihamçısı deyib ki, o, xaricə qaça və ya şahidlərə təzyiq göstərə bilər. Bunun üçün onun həbs edilməsi lazımdır.

İstintaqın versiyasına görə, Azərbaycan və Türkiyə vətəndaşları Vnukova gömrükxanasının əməkdaşları ilə əlbir olaraq Türkiyədən Rusiya Federasiyasına qaçaqmalları əl yükü adı altında qanunsuz olaraq keçiriblər. Qrupa 20 nəfər daxil olub. Yükü aparanlar "yaşıl dəhliz"dən keçiblər. Əslində onlar, ödəniş etməklə "qırmızı dəhliz"dən keçməli idilər. Beləliklə, hər ay 30 tona yaxın mal bu cür qanunsuz yolla gömrükdən keçərək Rusiya ərazisinə daxil olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
958 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...