Masallıda 14 yaşlı uşaq göldə batıb

Masallıda 14 yaşlı uşaq göldə batıb


Masallıda 14 yaşlı uşaq göldə batıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonu, Boradigah kəndi ərazisində yerləşən süni göldə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 50 km aralıda nəzarətsiz ərazidə) 1 nəfərin çimərkən batması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 2002-ci il təvəllüdlü, Həbibov Rahid Cavid oğlunun cəsədi batdığı yerdən 5 metr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 19:42-də başa çatıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
887 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...