"Prezident Administrasiyasının əməkdaşı" saxlanıldı

"Prezident Administrasiyasının əməkdaşı" saxlanıldı

Zərdab rayonunda dələduzluq edən şəxs tutulub. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayonun Alıcanlı kənd sakinlərinin şikayəti əsasında Tərtər rayonunun Qaradağlı kəndində anadan olmuş, Bakının Xutor qəsəbəsində kirayədə yaşayan 1960-cı il təvəllüdlü Müslüm Kəniş oğlu Mustafayev şübhəli şəxs qismində saxlanılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs özünü Azərbaycan Respublikası Prezident Administrasiyasının Xüsusi şöbəsinin işçisi kimi təqdim etməklə Zərdab rayonun Alıcanlı kənd sakinlərinin problemlərini həll edəcəyini vəd edib, onları aldadaraq pullarını alıb.

Həmin şəxsin Alıcanlı kənd sakini Arif Əsgərovun Texniki Universitetdə oxuyan oğlunun imtahan kəsirlərini düzəldəcəyini vəd edərək ondan 1000 manat, Niyazi Abbasovu Daxili Qoşunların Xüsusi Təyinatlı Bölməsində işə düzəldəcəyini vəd edib 500 manat, Aqil Nəcəfova sosial yardım təşkil edəcəyini vəd edib 200 manat, Mahir Əsgərovun oğlunu Daxili Qoşunlarda işə düzəldəcəyini vəd edib ondan 500 manat pul aldığı bildirilir.

Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində cinayət işi açılıb. Müslüm Mustafayevin əvvəllər dəfələrlə dələduzluq cinayətinə görə məhkum olunduğu açıqlanıb. Onun digər dələduzluq əməllərində iştirak edib-etmədiyi araşdırlır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
944 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...