Bakıda Ermənistan vətəndaşına məxsus sənədin tapıldı - DTX araşdırmaya başladı

Bakıda Ermənistan vətəndaşına məxsus sənədin tapıldı -


Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Bakıda Ermənistan vətəndaşına məxsus sənədin tapılması barədə yayılan məlumatlara münasibət bildirib.

DTX-nin ictimai əlaqələr şöbəsindən APA-ya bildirilib ki, hazırda bu məsələ ilə əlaqədar müvafiq araşdırmalar aparılır.

Qeyd edək ki, Bakının Sabunçu rayonunda Ermənistan vətəndaşına məxsus sənəd tapılıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi, ev 8 ünvanın qarşısında, orada yaşayan 1979-cu il təvəllüdlü İlkin Alim oğlu Məmmədov Ermənistan vətəndaşına məxsus sürücülük vəsiqəsi tapıb. Sənədin Ermənistan vətəndaşı, 1982-ci il təvəllüdlü Aleksan Arakelyana məxsus olduğu bildirilir. Sürücülük vəsiqəsi 27 avqust 2014-cü ildə tarixdə Ermənistan hüquq-mühafizə orqanları tərəfindən verilib.

Sürücülük vəsiqəsi “RG 052597” nömrəli BC kateqoriyalıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
920 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...