Sumqayıtda maskalılar yük maşınına basqın edib, külli miqdarda pul aparılıb

Sumqayıtda maskalılar yük maşınına basqın edib,


Sumqayıtda maskalı şəxslər yük avtomobilinə basqın edib. ANS PRESS-in APA-ya istinadla verdiyi məlumata görə, hadisə Tağıyev qəsəbəsi, Yaşma bağlar sahəsi ərazisində qeydə alınıb.

Xızı rayon sakini Eldar Mirzəyevin idarə etdiyi “KamAZ” markalı avtomobilə basqın edən üç maskalı şəxs onu döyüb, əllərini yapışqanlı lentlə bağlayaraq avtomobildə olan külli miqdarda pulu götürüb, hadisə yerini tərk ediblər.

Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
826 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...