Xaçmazda iş adamı öldürüldü - FOTOLAR

Xaçmazda iş adamı öldürüldü -


İlqar Məmmədovun meyiti yaşadığı evdə tapılıb. Xaçmazda iş adamının qətli ilə bağlı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb. ANS PRESS-in məlumatına görə, 53 yaşlı İlqar Məmmədovun öz evinin həyətində tapılan meyitinin üzərində zorakılıq əlamətləri olub.

Mərhum ərzaq mallarının topdansatışı ilə məşğul olub. Ailəsi uşaqları tələbə olduğundan Bakıda yaşayırmış. Qohumları onun hansı şəraitdə öldürülməsindən xəbərsiz olduqlarını deyiblər. Faktla bağlı Xaçmazın hüquq mühafizə orqanları araşdırmalara başlayıblar. Xaçmaz Polis şöbəsinin rəis müavini Valik Vəlimətovun sözlərinə görə, İ.Məmmədov bıçaqla qətlə yetirilib.

Hadisəni törədən və ya törədənlərin yaxalanması istiqamətində əməliyyat axtarış tədbirləri aparılır.

Saat 10:03

Xaçmaz rayonunda qətl hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, hadisə Mirzə Fətəli Axundov küçəsində baş verib. Həmin ünvanda yaşayan Məmmədov İlqar Rüstəm oğlu qətlə yetirilib. İ.Məmmədov iş adamı olub. Onun mağazası olub.
Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır.


Xaçmazda iş adamı öldürüldü -
Xaçmazda iş adamı öldürüldü -
Xaçmazda iş adamı öldürüldü -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 705 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...