"Nardaran işi" ilə bağlı Baş Prokurorluğa müraciət edildi

"Nardaran işi" ilə bağlı Baş Prokurorluğa müraciət edildi

Nardaran hadisələri zamanı saxlanılan Taleh Bağırovun yaxın adamlarından hesab edilən Abbas Hüseynin vəkili Fariz Namazlı Baş Prokurorluğa şikayət edib.

Lent.az-a bu barədə vəkilin özü məlumat verib. F. Namazlı bildirib ki, artıq Nardaran hadisələri zamanı saxlanılan şəxslərin bir çoxu barəsində olan cinayət işinin istintaqı başa çatıb: “İttihamla vəkilləri tanış elədilər. Yalnız istintaq tərəfindən iş materiallarının bəziləri vəkillərə verilməyib. Əsas gətirirlər ki, sizə aidiyyatı yoxdur. Buna görə, prokurorluğa şikayət vermişəm”.

Qeyd edək ki, ötən il noyabrın 26-da hüquq-mühafizə orqanları əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
816 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...