Akif Çovdarovun həbs müddəti artırıldı

Akif Çovdarovun həbs müddəti artırıldı


Bir müddət əvvəl ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbs edilmiş sabiq rəisi, general-mayor Akif Çovdarovun və digər şəxslərin barələrində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb.

APA-nın məlumatına görə, Səbail rayon Məhkəməsinin A. Çovdarovun və digərlərinin həbs müddətinin 4 ay artırılması barədə qərarı qəbul edib. Qeyd edək ki, A. Çovdarov ötən il noyabrın 15-də həbs edilib. O, Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311-ci (rüşvət alma) maddələri ilə təqsirləndirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
822 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...