Xaçmazda polisin meyiti tapıldı
Xaçmaz rayonunda kişi meyiti tapılıb. Meyit rayonun Mehrəliqışlaq kəndi ərazisində meyvə bağlarından birində aşkar edilib. Dərhal məlumat daxil olan hüquq-mühafizə orqanı əməkdaşları hadisə yerinə baxış keçirib və və ölən şəxsin Daxili İşlər Nazirliyinin xüusi əhəmiyyətli obyektlərin qorunması idarəsinin əməkdaşı olduğu məlub.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon Şöbəsinə təhvil verilib və ilkin araşdırmalar zamanı onun üzərində heç bir fiziki xəsarət aşkar edilməyib. Onun ürək tutmasından vəfat etdiyi bildirilir.
Ölən polis əməkdaşının meyiti tapılan ərazinin onun özünə məxsus olduğu bildirilir. Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalara başlanılıb, hazırda onun şəxsiyyəti dəqiqləşdirilir. Bir neçə gün əvvəl isə şümal bölgəsinin rayonlarından olan Qusarda üzərində zorakılıq əlamətləri olan kişi meyiti tapılıb. Rayonun Kuzunqışlaq kəndində Samur-Abşeron kanalının kənarında Qusar şəhər sakini, 56 yaşlı Əzizulla Verdi oğlu Məmmədovun boğulmuş halda meyiti tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri olub. Onun boğularaq qətlə yetirildiyi ehtimal olunur.
Məlumata görə, qətlə yetirilən şəxs - 56 yaşlı Əzizulla Verdi oğlu Məmmədov fəhlə olub. Onun beş uşağının olduğu bildirilir. Mərhumun qardaşı Eynulla Məmmədov qardaşının düşmənlərinin olmadığını və mübahisəyə meyilli insan olmadığını bildirib.
779 dəfə oxundu