Rusiyada azərbaycanlıların davası ilə bağlı cinayət işi başladı

Rusiyada azərbaycanlıların davası ilə bağlı cinayət işi başladı

Rusiyanın Amur vilayətinin Mixaylovski rayonunda azərbaycanlılarla ruslar arasında baş vermiş kütləvi dava ilə bağlı vilayət prokurorluğunda yenidən cinayət işi açılıb. Amur vilayəti azərbaycanlıları konqresinin sədri Məhəmməd Əsgərovun APA-ya verdiyi məlumata görə, bir neçə azərbaycanlının güllə yarası alması ilə nəticələnən hadisəyə əvvəlcə rayon hüquq-mühafizə orqanları yanlış formada qiymət verərək, yalnız azərbaycanlıları müqəssir bilmək istəyib. O bildirib ki, vilayətdə yaşayan azərbaycanlılar adından diasporun rəsmi müraciətindən sonra iş vilayət prokurorluğuna verilib və nəticədə yeni cinayət işi qaldırılıb. M. Əsgərov mayın 9-da baş vermiş hadisənin təfərrüatını da açıqlayıb. M. Əsgərov qeyd edib ki, hadisə nəticəsində yaralanan İnşallah Həsənov, Vahid Rzayev və digər həmyerlilərimizin vəziyyəti yaxşı olsa da, Sədyar Həsənov sol gözünü itirib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 661 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...