“Rövşən Lənkəranski”yə yaxın iki “vor”un başına şairanə əhvalat gəlib

“Rövşən Lənkəranski”yə yaxın iki “vor”un başına şairanə əhvalat gəlib


Məşur azərbaycanlı kriminal avtoritet “Rövşən Lənkəranski”nin (Rövşən Canıyev) qruplaşmasına daxil olan iki “vor zakon”un başına şairanə əhvalat gəlib

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, iyunun 30-da gecə Sankt-Peterburqda kriminal aləmdə “Zura Kaxetinets” kimi tanınan Serqo Tsotsxalaşvili saxlanılıb.

“Zura”nın dostu, digər “vor zakon” Laşa Barateli (“Çia” ləqəbli) onun saxlanılmasından xəbər tutan kimi köməyə can atıb. “Çia” Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsinin binasına gedərək dostunun aqibəti ilə maraqlanmaq istəyib. Ancaq əməliyyatçılar onu görən kimi tanıyıblar və miqrasiya rejimini pozmaq ittihamı ilə həbs ediblər. “Çia”nın saxlanılan dostu isə idarədə “profilaktik söhbət”dən sonra sərbəst buraxılıb.

Hər iki “vor zakon” Sankt-Peterburq sakinidir. 2014-cü ildə “Çia”nı yaşadığ evin qabağında naməlum şəxslər bərk döyüblər, sifətinə bıçaqla “şram” atıblar və mobil telefonunu əlindən alıblar. “Zura” isə bu ilin yanvarında narkotiklə saxlanılmışdı.

“Çia” və “Zura” 2014-cü ildə Türkiyədə “Rövşən Lənkəranski”nin keçirdiyi “sxodka”da “vor” titulunu alıb. Bununla belə kriminal aləmdə onların statusunu qəbul etmirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
981 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...