"Seks ən müqəddəs ibadətdir" deyən Elmiri biabır etdilər

"Seks ən müqəddəs ibadətdir"


Psixoterapevt Elmir Əkbərin modern.az saytına müsahibəsində seksi ən müqəddəs ibadət kimi təqdim etməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Psixoterapevt fikirlərini intim münasibətin cəmiyyətdə düzgün anlaşılmaması ilə əsaslandırıb: "Bizdə seks çox iyrənc bir şey kimi çatdırılır. İntim həyat, seks çox müqəddəs bir ritualdır, ibadətdir. Bəlkə də ən müqəddəs ibadətdir. İnsanın kamilliyə doğru yolunda ən gözəl bir ritualdır".

"Seks ən müqəddəs ibadətdir"


Milli.Az bildirir ki, psixoterapevti bu sözlərinə görə qınayan hacı Təyyar Hüseynli publika.az-a açıqlamasında ən gözəl ibadətin abırlı danışmaq olduğunu deyib: "Elmir Əkbəri psixoloq olaraq teleməkandan tanıyıram. Onun sahəsi psixoloq, yəni ruhlarla bağlıdır. O, öz işi ilə məşğul olsun. İlahiyyatçı olaraq psixoloqların, digər peşə sahiblərinin belə qeyri-etik ifadələr işlətməyinin əleyhinəyəm. "Qurani Kərim"də də var ki, biz sizi qadın və kişidən yaratdıq. Lakin bunlar hamısı ədəb-əxlaq insani dəyərlər çərçivəsində olacaqsa, ömrümüz saflıqla keçəcəksə, bu zaman ömrümüz ibadət deməkdir. Bu ümumi cümlədə ömrümüzün bütün davranışlarını ibadət hesab etmək olar. Amma Elmir Əkbərin dediyi cümləni, ağzımıza almağa, açıq-aşkar dilimizə gətirə bilməyəcəyimiz ifadəni səsləndirməsi ayıbdır. İnsanla heyvanın fərqləndirən yeganə amil utanmaq hissidir. Bir insan hər hansı sözü işlətməyə utanmırsa, onu qeyri-insani dəyər hesab edirəm. Elmir Əkbər və digər insanlar istər mətbuat, istərsə də çoxsaylı insan qarşısında işlətdiyi ifadəyə ciddi nəzarət etsin. Belə cümlələri özünü apara bilməyən şou əhlindən, hansısa formada, hansısa yollarla məşhurluq tapanlardan eşidirdik. Şan-şöhrət həmin şəxslərin başını döndərir, özlərini apara bilmədiklərinə görə istədiklərini danışır və istədiklərini edirlər. Elmir Əkbər psixoloqdur, efirlərdə tanınıb. Bu cümləni qəbul etmirəm, utanılmalı cümlədir. Mən ona cavab verirəm ki, həyalı, abırlı danışmaq ibadətdir. İbadət mənəviyyata, ibadətə aiddir, psixologiyaya yox. Elmir Əkbər isə psixoloqdur, seksopatoloq deyil. O, öz peşəsindən danışmalıdır. O cümləni işlətmək isə, ümumiyyətlə, utanmazlıqdır. Belə fikirlər qınanmalıdır.

"Seks ən müqəddəs ibadətdir"


Psixoloq Könül Cəfərova isə bildirib ki, bir psixoloq buna ibadət kimi baxırsa, bu, onun öz problemidir: "Hər bir psixoloqun situasiyaya yanaşma tərzi var. Elmir Əkbərin nə üçün belə bir ifadə işlətməsini, bunu necə əsaslandırmasını deyə bilmərəm. Bu ifadəni nə üçün söyləməsinə, necə yanaşmasını Elmir Əkbər özü açıqlamalıdır. Onun fikrinin yanlış olub-olmamasını deyə bilmərəm. Sadəcə, seksual münasibətin nə olması ilə bağlı öz fikirlərimizi çatdıra bilərəm. Bir məqam var ki, seksual münasibətlər tələbatlar sahəsinə aiddir. İnsanın ödənilməsi lazım olan tələbatıdır. Çünki insan ikili yaradılıb və insanın belə bir tələbatı ödənilməlidir. Amma ibadət kimi qəbul etmək olmaz. Elə xanımlar var ki, erkən yaşda ailə qurub və yoldaşını itirib. Bu fikirlə həmin xanımlara bir sədd qoymuş oluruq ki, seks ibadətdir və sən ibadətlə məşğul olmalısan. Bu baxımdan həmin ifadə doğru deyil. Seks, sadəcə, tələbatdır və ödənilməlidir".


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 046 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...