“Sübut olunub ki, diaspor rəhbərinin qətli ilə heç bir əlaqəm yoxdur”

“Sübut olunub ki, diaspor rəhbərinin qətli ilə heç bir əlaqəm yoxdur”


Ukraynanın Xerson şəhərində azərbaycanlı iş adamı, diaspor rəhbəri İlham Tağıyevin qətlində adı hallanan Nazim Məmmədov iddialara cavab verib.

Gundeminfo.az yazır ki, N.Məmmədov APA-ya bildirib ki, mərhumun oğlu Sərxan Tağıyevin qətldə onu ittiham etməsinin heç bir əsası yoxdur, istintaqla da sübut edilib ki, onun bu işdə heç bir rolu olmayıb. Rəhmətlik İlham Tağıyevlə biz yaxın qohumuq, qudayıq. İkincisi, onun mənimlə heç bir problemi olmayıb. Olsa belə, mən ağlımı o qədər itirmişəm ki, qız köçürüb, qohum olduğum qudamı öldürüm?

N. Məmmədovun sözlərinə görə, Xerson şəhər Polis İdarəsindən də İ. Tağıyevin oğluna izah edilib ki, iş bağlanıb, müttəhimlər artıq məhkəmə qarşısına çıxarılıb, Nazim və Eynulla Məmmədovların bu işlə heç bir əlaqəsi yoxdur: “Buna baxmayaraq, əl çəkmirlər, məni bu işə qatmaq istəyirlər. Əvvəla deyim ki, rəhmətlik İlham Tağıyevlə biz yaxın qohumuq, qudayıq. İkincisi, onun mənimlə heç bir problemi olmayıb. Olsa belə, mən ağlımı o qədər itirmişəm ki, qız köçürüb, qohum olduğum qudamı öldürüm? Mən əvvəllər həbsdə olmuşam. Bu işlə cüzi bir bağlılığım olsaydı, polis keçmiş məhkum kimi məndən əl çəkərdi? Hadisə baş verəndə polisə kimsə nəsə dedi, şübhələnib məni saxladılar. Amma araşdırdılar ki, əlaqəm yoxdur, buraxdılar. Sübut olundu ki, bunu sifarişlə edən o ermənilərdir, hansıların ki, indi məhkəməsi gedir. Qətlin digər iştirakçı İlham Məmmədovu da Azərbaycanda polis saxlayıb, o da ermənilərlə əlbir olaraq bunu etdiyini etiraf edib. İndi bir qrup adam mərhumun oğlu Sərxanı öyrədib mənim üstümə salıb. Onlar da gah gedib Azərbaycanda İlham Məmmədovun dilindən mənim əleyhimə nəsə almaq istəyirlər, gah da burda polisə təzyiq göstərib, guya mənim qətldə əlimin olması barədə iz tapmaq istəyirlər. Bu biabırçılıqdır. Mən onun oğluna və ailəsinə də demişəm, yenə deyirəm: gəlsinlər, yığışaq, müqəddəs Quranı qoyaq ortaya, əl basıb and içərəm ki, bu işlə uzaqdan-yaxından əlaqəm yoxdur. Amma onlar da and içsinlər ki, kimsə onları öyrətməyib. Görüm, edəcəklər?”

Qeyd edək ki, N. Məmmədov Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Bakının mərkəzi üzrə səlahiyyətli nümayəndəsi, İçəri Şəhər Cümə məscidinin axundu Hacı Surxay Məmmədlinin qardaşıdır.

Xatırladaq ki, Xerson vilayətindəki Azərbaycan Konqresinin sədr müavini, iş adamı İlham Tağıyev 2015-ci il avqustun 17-də evinin qarşısında öldürülüb. Onun qətli ilə bağlı milliyyətcə erməni olan Karapetyan Sergey Razmikoviç, Montiyan Xaçik Stepanoviç, Ukrayna vətəndaşı Aleksandr Kovalenko və Allahverdiyev Naim Balakişi oğlu tutulub.

Ötən il dekabrın 15-də isə daha bir nəfər - İlham Məmmədov Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən Lənkərandan İrana keçmək istəyərkən saxlanılıb. Hazırda qətllə bağlı Xerson şəhərində məhkəmə prosesi davam edir.

İ. Tağıyevin oğlu S. Tağıyev isə istintaqdan narazılığını bildirərək atasının qətlində daha bir neçə şəxsi, o cümlədən Nazim və Eynulla Məmmədovları ittiham edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
847 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...