Cavid Hüseynovun apellyasiya şikayəti əsasında məhkəmə başlayıb

Cavid Hüseynovun apellyasiya şikayəti əsasında məhkəmə başlayıb


Bu gün Bakı Apellyasiya Məhkəməsində Ann.tv saytının əməkdaşı Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilən “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.

“Report”un məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə C.Hüseynovun vəkili Adəm Məmmədov vəsatətlə çıxış edib. O, çıxışında məhkəmənin qismən istintaqla aparılmasını və şahid Aydın Mahmudovun məhkəmədə ifadə verməsini istəyib. Vəsatət təmin edilməyib. Məhkəmənin baxış iclası avqustun 12-nə təyin edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
804 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...