Azərbaycanda məhkəmə hakimi özünə etiraz edib

Azərbaycanda məhkəmə hakimi özünə etiraz edib


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Babək Əzimovun cinayət işi üzrə məhkəməsinin hazırlıq iclası başlayıb. "Report"un xəbərinə görə, prosesdə hakim Faiq Qəniyev özü-özünə etiraz edib.
Buna səbəb kimi hakim ibtidai istintaqı aparan müstəntlə qohum olmasını göstərib. Hazırlıq iclası dayandırılıb, cinayət işi dəftərxanaya təqdim edilib. İş başqa hakimin icraatına veriləcək.


Qeyd edək ki, hadisə bu il fevralın 4-də Xızı rayonunun Giləzi qəsəbəsində baş verib. Xızı rayonunun Giləzi qəsəbəsində yaşayan 1992-ci il təvəllüdlü Elmir Qulamovun üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti yaşadığı ərazidə tapılıb. Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü B.Əzimov tutulub. Ondan hadisəni törədərkən istifadə etdiyi mətbəx bıçağı götürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
721 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...