Gürcüstanda nazirliyin həyətində atışma baş verdi

Gürcüstanda nazirliyin həyətində atışma baş verdi

Gürcüstan Ədliyyə Nazirliyinin Cəzaların icrası Milli Bürosunun həyətində atışma baş verib. Virtualaz.org bildirir ki. bu barədə xəbəri Gürcüstan KİV-ə istinadən “İnterfaks” yayımlayıb. Büronun mətbuat xidməti bildirib ki, münaqişə iki şəxs arasında baş verib. Onlar odlu silahdan bir-birinə atəş açıblar. Məlumata əsasən, atəş açanların hər ikisi xəstəxanaya çatdırılıb.

Eyni zamanda, mətbuat xidməti bildirib ki, hadisənin Cəzaların İcrası Milli Bürosuna heç bir aidiyyatı yoxdur, bu iki şəxs arasında münaqişədir. Hadisə yerində polis əməkdaşları işləyir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
724 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...