Azərbaycanlı iş adamının oğlu sevgilisi ilə birgə həbs olundu

Azərbaycanlı iş adamının oğlu sevgilisi ilə birgə həbs olundu

Moskvada pauerliftinq üzrə Peterburq çempionunu qətlə yetirən azərbaycanlı İsrail Əliyev həbs edilib. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, 21 yaşlı Əliyev sevgilisi, 25 yaşlı Anastasiya Minyova ilə paytaxtdan Voronej şəhərinə gedərkən saxlanılıblar.

Hadisə isə qısqanclıq zəminində baş verib. Söhbət ondan gedir ki, Anastasiya əvvəllər qətlə yetirilən idmançı Semyon Filatovla sevgili olub. Amma onlar sonradan ayrılıblar. Bir qədər əvvəl isə Semyon Anastasiyanı təhqir edib. O da bu barədə İsrailə deyib. Filatovun yanına gedən İsrail Əliyev ona 7 güllə vurub. Məlumata görə, İsrail Əliyevin atası Voronejdə imkanlı iş adamlarından sayılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
863 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...