Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə materiallar məhkəməyə göndərilib

Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə materiallar məhkəməyə göndərilib


“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digər 7 şəxsin cinayət işinin istintaqı yekunlaşıb.

İstintaq qrupundan APA-ya verilən məlumata görə, iş üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən 19 iyul 2016-cı il tarixində təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

C. Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

Təqsirləndirilən şəxslər və onların müdafiəçiləri iş materialları ilə tanış edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
832 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...