Həmsədrlərin Ankara görüşü təxirə salınıb

Həmsədrlərin Ankara görüşü təxirə salınıb


ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı iyulun 18-də Türkiyədə nəzərdə tutulan görüşü təxirə salınıb.

APA-nın “Ria Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə amerikalı həmsədr Ceyms Uorlik bildirib: “Hazırda görüşün tarixini nəzərdən keçiririk”.

Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla keçirdiyi mətbuat konfransında həmsədrlərin Ankarada aparılan danışqlarla bağlı Türkiyə tərəfini məlumatlandıracağı bildirmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
911 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...