Türkiyədə daha iki general tutuldu

Türkiyədə daha iki general tutuldu


Türkiyədə dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində daha iki general saxlanılıb.

AzVision.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, saxlanılan şəxslər Türkiyə Hərbi Hava Qüvvələrinin qərargah rəisi, general-leytenant Hasan Hüseyin Demirarslan və Silahlı Qüvvələrinin Diyarbəkir şəhərindəki 7-ci korpusunun komandanı, general-leytenant İbrahim Yılmazdır.

Bundan başqa Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdindən sonra Yunanıstana qaçan 8 hərbçiyə iki ay həbs cəzası verilib. Qeyd edək ki, İ.Yılmaz müvəqqəti olaraq hərbi çevriliş cəhdinə görə saxlanılan Türkiyə Silahlı Qüvvələrinin Malatya şəhərindəki 2-ci ordusunun komandanı, ordu generalı Adem Hudutinin yerinə təyin edilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
845 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...