Bakıda oteldə ərəb turistin cəsədi aşkarlandı

Bakıda oteldə ərəb turistin cəsədi aşkarlandı


Neftçilər prospektindəki JW Marriott Absheron otelindəki nömrələrdən birində ərəb turistinin cəsədi aşkar edilib. Bu barədə Sputnik-ə Səbail rayonu Polis İdarəsindən məlumat verilib.

Turistin şəxsiyyəti müəyyən edilib. Aşkarlanan cəsəd 1953-cü il təvəllüdlü Əlmuhanna Məhəmməd Əli Aminə məxsusdur. Cəsəddə zorakılıq əlamətlərinə rast gəlinməyib. Məhkəmə-tibb ekspertləri artıq 270 kiloqram çəkisi olan ərəbin cəsədini yarıblar. Onlar həmin şəxsin ürək tutmasından ölməsi qənaətinə gəliblər. Ekspertlər həmçinin Əlmuhannanın şəkərli diabetdən əziyyət çəkdiyini aşkar ediblər. Ölməzdən əvvəl ərəb turistin qarın nahiyəsinə insulin vurulduğu məlum olub.

Əlmuhanna Məhəmməd Əli Aminin Azərbaycana tək gəldiyi də məlum olub. Hazırda patoloqoanatomlar cəsədi BƏƏ səfirliyinə təhvil vermək üçün materialları hazırlayırlar. Səbail RPİ-də ərəb turistin ölməsi ilə bağlı bir versiya da var: "Son zamanlar Bakıya ərəb turistlərinin axını müşahidə olunur. Lakin problem ondadır ki, burada bir çox ərəb kişiləri özlərini çox sərbəst aparır, həddindən çox spirtli içki qəbul edir və yüngül əxlaqlı qadınların xidmətlərindən istifadə edirlər. Bəlkə də ona görə turistin orqanizmi davam gətirməyib".

Lakin bu sadəcə mülahizədir. Hazırda fakt üzrə araşdırmanı Səbail prokurorluğu aparır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
831 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...