Ali Məhkəmə Bakıda məscidi partlatmaq istəyən şəxsin şikayətini təmin edib

Ali Məhkəmə Bakıda məscidi partlatmaq istəyən şəxsin şikayətini təmin edib


Ali Məhkəmədə Qaraçuxur qəsəbəsindəki məscidə partlayıcı vasitə atmaqda təqsirləndirilən Elnur Ələkbərovun kassaisya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin edib. Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib və iş yenidən baxışa qaytarılıb.

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən ilkin baxış iclasında təqsirləndirilən şəxsin vəkili prosesin istintaqla aparılması barədə vəsatət verib. Lakin məhkəmə vəsatəti təmin etməyib. Həmin qərardan vəkil Ali Məhkəməyə kassasiya şikayəti verib.

Xatırladaq ki, 2014-cü il noyabrın 26-da Qaraçuxur qəsəbəsində yerləşən «Cümə» məscidi yandırılıb. Hadisəni törətməkdə şübhəli bilinən Namiq Nəsibov və Elnur Ələkbərov saxlanılıblar. Müəyyən edilib ki, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında PKK terror təşkilatının nəzarətində olan Suriya">Suriya ərazilərində döyüşlərdə iştirak edib. Namiq Nəsibov Suriyanın Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərovla birgə PKK terror təşkilatının Azərbaycanda qanadı olaraq qeyri-rəsmi “Yekbun” təşkilatını yaradıb və ətraflarına tərəfdarlar toplamağa başlayıblar. Namiq Nəsibov və Elnur Ələkbərov sosial şəbəkələr vasitəsi ilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Ələkbərov 15 il müddətinə azadlıqdan məhrum edilib. Namiq Nəsibov isə məcburi müalicəyə göndərilib. E. Ələkbərovun vəkili Namiq Hacıyev hökmdən apellyasiya şikayəti verib. O, şikayətində müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Dövlət ittihamçısı isə digər təqsirləndirilən Namiq Nəsibov barəsində olan hökmdən apellyasiya protesti verib. Prokuror protestində həmin şəxsin barəsində olan məhkəmə hökmünün ləğv edilməsini və onun azadlıqdan məhrum edilməsini istəyib. Protestə ayrı icraatda Bakı Apellyasiya Məhkəməsində baxılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
858 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...