Sankt-Peterburqda əməliyyat zamanı bir silahlı öldürülüb

Sankt-Peterburqda əməliyyat zamanı bir silahlı öldürülüb


Sankt-Peterburqda əməliyyat zamanı bir silahlı öldürülüb. APA-nın "Fontanka" nəşrinə istinadən verdiyi xəbərə görə, əməliyyat vaxtı “Qrad” xüsusi təyinatlı dəstəsinin 1 əməkdaşı xəsarət alıb. Əməliyyatın Federal Təhlükəsizlik Xidmətinin Kabarda-Balkar idarəsinin istəyi ilə keçirildiyi bildirilir. Məqsəd avqustun 14-də öldürülmüş, yaraqlıların lideri Xızır Lixovun Peterburqda gizlənmiş silahdaşlarını zərərsizləşdirmək olub.

Üç silahlının tutulduğu barədə də məlumatlar yayılıb. Krasnoselsk rayonunun Lenin prospekti 92/3 ünvanında bu gün səhər başlayan əməliyyatın başa çatıb-çatmadı barədə hələlik açıqlama verilməyib.

Rusiya xüsusi təyinatlıları Sankt-Peterburq şəhərində Şimali Qafqazdan olan silahlı şəxslərin zərərsizləşdirilməsi üçün xüsusi əməliyyat keçirirlər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, çoxmərtəbəli binaların birində gizlənən, Şimali Qafqaz regionunda qeyri-qanuni silahlı birləşmələrin tərkibində iştirakda təqsirli bilinən və axtarışda olan şəxslərin saxlanması istiqamətində əməliyyat davam edir.

Silahlıların gizləndikləri bina xüsusi təyinatlılar tərəfindən mühasirəyə alınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
903 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...