Azərbaycanlı Rusiyada istintaq idarəsinə rəis təyin edildi

Azərbaycanlı Rusiyada istintaq idarəsinə rəis təyin edildi

Rusiya Federasiyasının İstintaq komitəsinin əmri ilə polkovnik-leytenant Dinar Süleymanov Tümen vilayətinin Lenin dairəsinin istintaq bölməsinin rəhbəri vəzifəsinə təyin edilib. Bu barədə Rusiya KİV məlumat yayıb.

Məlumat üçün bildirək ki, 1978-ci il təvəllüdlü D.Süleymanov ali təhsilli hüquqşünasdır. O, 2011-ci ildən istintaq şöbəsində işləyib.

2000-ci ildə Ural Dövlət Hüquq Akademiyasını bitirdikdən sonra Çelyabinsk vilayətinin Troitsk şəhər prokurorluğunda, Tümen vilayətinin Armizon rayonunda istintaq komitəsində müstəntiq vəzifəsində çalışıb. 2007-ci ildə Tümen vilayətinin İşım rayonunun istintaq şöbəsinin rəhbərinin müavini vəzifəsini icra edib. 2014-cü ildən isə Qolışmanov rayon istintaq bölməsinin rəhbəri vəzifəsində işləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
801 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...