Azərbaycanda həbs edilən Türkiyə vətəndaşı məhkəmə zalından azadlığa buraxılıb

Azərbaycanda həbs edilən Türkiyə vətəndaşı məhkəmə zalından azadlığa buraxılıb


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölkəsində polisi təhqir etməkdə təqsirləndirilən və Azərbaycanda həbs edilən Türkiyə vətəndaşı Orxan Alagöz Abdulhəmid oğlunun ekstradiyasiya edilməsi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmə O.Alagözün Türkiyə Respublikasına ekstradisiya edilməməsi qərarını verib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Türkiyə vətəndaşı olan O.Alagöz ölkəsində polisi təhqir etdiyi üçün axtarışa verilib. O, bu il Azərbaycanda həbs edilib. Türkiyə Respublikası isə O.Alagözün ekstradisiya olunmasını tələb edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
831 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...