KİV-dən istifadə edərək dini ayrı-seçkilik salanlar həbs olunacaq

KİV-dən istifadə edərək dini ayrı-seçkilik salanlar həbs olunacaq


Azərbaycanda dini fanatizm və dini radikalizm zəminində milli-irqi düşmənçiliyin salınması, vətəndaş hüquqlarının məhdudlaşdırılması, o cümlədən bunun KİV vasitəsilə törədilməsinə qarşı cəzalar tətbiq olunur.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə Cinayət Məcəlləsinə yeni 283.1-1 və 283.3 maddələrinin əlavə edilməsi təklif olunur.

Yeni 283.1-1 maddəsinə görə, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən KİV-dən istifadə olunmaqla törədildikdə 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaq.

Təklif olunan 283.3 maddəsində isə yuxarıda qeyd olunan zəmində əməllərin maliyyələşdirilməsinə görə 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Layihə Milli Məclisə təqdim olunub və növbəti iclaslardan birində müzakirəyə çıxarılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
804 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...