Atasını, arvadını və övladını döyən kişi: "Həyatımı puç etdilər"
Bu gecə Bakının Suraxanı rayonunda ailə-məişət dramı baş verib. ANS PRESS-in məlumatına görə, hadisə gecə saat 01:20 radələrində Hövsan qəsəbəsi, H.Quliyev küçəsi 2, mənzil 74 ünvanında qeydə alınıb. Həmin küçədə yaşayan 25 yaşlı Elşad Əhmədov evə içkili halda gələrək həyat yoldaşı 19 yaşlı Lətafət Əhmədovanı və atası, 65 yaşlı Tofiq Əhmədovu döyüb. Bununla da əsəblərini cilovlaya bilməyən Elşad Əhmədov 2 yaşlı övladını da vəhşicəsinə döyüb.
Hadisə barədə qonşuları polisə xəbər veriblər. Hadisə yerinə gələn Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsinin əməkdaşları döyülənlər üçün həkim çağırıblar. Hadisəni törədən Elşad Əhmədov isə saxlanılıb. İşi araşdıran 30-cu polis bölməsinin baş təhqiqatçısı, polis mayoru Telman Abbasov ANS PRESS-ə bildirib ki, saxlanılan şəxs ailəsindən daima narazı olub. O, verdiyi ifadədə bildirib ki, həyat yoldaşı onun sözünə baxmırmış. Elşad Əhmədov həyat yoldaşının ondan icazəsiz tez-tez qonşulara getdiyini bildirib. Dəfələrlə arvadına bunu irad tutsa da, qadın ərinin sözünə baxmırmış
Elşad Əhmədov ifadəsində yaşlı atasından da şikayətlənib.Bildirib ki, atası onun həyatını puç edibmiş. "Atam anamı boşayıb. Mən internatda böyümüşəm. Mənə yaxşı ata olmayıb. Həmişə məni döyürdü. İndi də mənim həyatımı puç edirdi", - deyə Elşad Əhmədov bildirib. Hazırda hadisə ilə bağlı rayon Prokurorluğunda araşdırma aparılır.
1 437 dəfə oxundu