Samuxda toyda kütləvi dava: xəsarət alan var

Samuxda toyda kütləvi dava: xəsarət alan var

Samux rayonunun Seyidlər kəndində keçirilmiş toy mərasimində kütləvi dava baş verib. "Report" xəbər verir ki, dava zamanı bir nəfər xəsarət alıb.

Belə ki, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, axşam saatlarında Samux rayon sakini, 1994-cü il təvəllüdlü Əmrah Qasımov bədəninin müxtəlif xəsarətləri ilə xəstəxanaya gətirilib. Yaralıya dərhal tibbi yardım göstərilib və travmatologiya şöbəsinə yerləşdirilib. Məlumata görə o, Samux rayonunun Seyidlər kəndində keçirilən toy mərasimində düşən kütləvi dava zamanı döyülüb. Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
714 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...