Qobustanda 3 uşaq anası özünü niyə asdı? - TƏFƏRRÜAT

Qobustanda 3 uşaq anası özünü niyə asdı? -


Qobustan rayonunda 3 uşaq anasının intiharı ilə bağlı bəzi məqamlar ortaya çıxıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, 1991-ci il təvəllüdlü İntizar Məmmədova müxtəlif xəstəliklərdən əziyyət çəkib, əsasən də vərəmdən. Onun dəhşətli ağrıları olub. Mənbənin bildirdiyinə əsasən, ilkin ehtimala görə 3 azyaşlı övladın anası bu səbəbdən intihar edib.

Qobustan rayon Prokurorluqdan Lent.az-a bildiriblər ki, hadisə sentyabrın 26-da saat 13:10 radələrində baş verib. Hazırda istintaq hərəkətləri aparılır. Hadisə ilə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başladılıb.

****

Qobustan rayonunda gənc ana intihar edib. APA-nın yerli bürosunun xəbərinə görə, Ərəbşalbaş kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədova İntizar Qafur qızı yaşadığı evdə özünü kəndirlə asıb. Üç uşaq anası olan İntizar Məmmədovanın özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil. Faktla bağlı Qobustan rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
834 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...