Hərbi sursat partladı - Ağstafa sakinin əlləri amöutasiya edildi

Hərbi sursat partladı -


Ağstafa rayon sakini döyüş sursatının partlaması nəticəsində ağır yaralanıb. APA-nın qərb bürosunun xəbərinə görə, hadisə rayonun Saloğlu kəndində qeydə alınıb. Kənd sakini 1974-cü il təvəllüdlü Yaşar Mustafayev hərbi sursatı əlinə alıb və bu zaman partlayış baş verib. Xəsarətlə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Y. Mustafayevin hər iki əli amputasiya olunub.

İlkin məlumata görə, hadisə kənd ərazində hərbi sursatlar yığılan ərazidə baş verib. Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
800 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...