“İşlərə Məmməd Vəliyev və onun bacısı oğlu nəzarət edirdi” - Yanan bina işində şahidlər danışır
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğında təqsirləndirilən Fərid Sadıqov və Zaur Əşrəfovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Gundeminfo.az Teleqraf.com-a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə şahid qismində Rəşad Quliyev ifadə verib.
O bildirib ki, "TNH" şirkətində dizayner işləyib: "İşə təqsirləndirilən Fərid Sadıqov tərəfindən götürülmüşəm. Aylıq əməkhaqqım 2 min manat olub. Biz binaların necə üzlənməsini, vizual görünüşü ilə bağlı dizayını bir neçə formada hazırlayaraq şirkət rəhbərinə təqdim edirdik. Qərarı onlar verirdilər. Bizdə mütəxəsis yox idi. Hamı həvəskar dizayner kimi işləyirdi.
Biz dizayınları hazırlayırdıq və ölçüləri müəyyən edirdik. Binnalar üzlənərkən dizayner qrupuda orada olurdu. Amma onlar binalarda dizayn işləri ilə yaranacaq problemlərə nəzarət edirdilər.
Təhlükəsizliyə isə sahə rəisləri və yanğın söndürmə xidmətinin əməkdaşlarə nəzarət edirdilər. Onlarda şirkətin əməkdaşları idilər".
Rəşad Qliyev daha sonra qeyd edib ki, binanın divarı ilə üzlüyün arasında olan məsafə problemli olub. Onun sözlərinə görə, bu işlərədə dizayner qrupu nəzarət etmək vəzifələri olmayıb: "Layihənin smeta layihəsinin digər təqsirləndirilən və hazırda vəfat etmiş Nüsrət Muxtarov və onun şirkəti tərəfindən təsdiqlənib. Şirkətdə bütün işlərə Məmməd Vəliyev və onun bacısı oğlu, Nüsrət Muxtarov nəzarət edirdi. Mən isə rəhbər olaraq Fərid Sadıqovu tanıyırdım".
Şahid bildirib ki, üzlüklərin hazırlançasına iki maddə qatılıb. Bu maddələrin qatılması ilə bağlı üzlüklərin hazırlanmasını Türkiyədən dəvət olunan mütəxəssis izah edib: "Məmməd Vəliyev sonra dedi ki, qəlplər materialdan qopmur. O həmin türkün yenidən izah edilməsi üçün çağırılmasını istədi. Mən həmin materialların necə hazırlandığını bilməmişəm".
Daha sonra şirkətin mühasibi Məsim Quliyev ifadə verib.
O bildirib ki, 2011-ci ildə işə düzəlmək üçün "TNH" şirkətinə müraciət edib: "Əvvəlcə 3 ay sınaq müddətində işləmişəm. Bu müddət ərzində verilən tapşırıqları yerinə yetirmişəm. Rəhbər olaraq Məmməd Vəliyevi tanımışam".
Məhkəmə iclası oktyabrın 18-də davam edəcək.
İttihama görə, yanğın hadisəsi ötən il aprelin 10-da Bakının Xətai rayonu, Zığ yolu,16 ünvanda baş verib. Həmin ünvanda “TNH” şirkəti tərəfindən doqquzmərtəbəli yaşayış binasının fasadının poliuretan materialla üzlənməsi ağır nəticələrə səbəb olan yanğınla nəticələnib.
Bu hadisədən sonra Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarov həbs olunublar.
1 112 dəfə oxundu