Çavuşoğlunun qardaşı qəzaya düşdü - ayaqları sındı

Çavuşoğlunun qardaşı qəzaya düşdü -


Mövlud Çavuşoğlunun qardaşı qəzaya düşdü. Antaliyanın Serik Mahalında ağır yol qəzası baş verib. Qəza dünən səhər saatlarında qeydə alınıb. Qəzada mikroavtobus sürücüsü Muzaffer Kaya ilə yanaşı Aydın Çavuşoğlu, 35 yaşlı Nihat Tufan və 37 yaşlı Lyuduyla Tufan adlı şəxslər yaralanıblar.

Hadisə yerinə gələn tibbi briqadaların ilkin müdaxiləsinin ardından yaralılar təcili yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Milli.az xəbər verir ki, yaralananlardan birinin- Aydın Çavuşoğlunun xarici işlər naziri Mövlud Çavuşoğlunun qardaşı olduğu açıqlanıb. Ayaq sümüklərində qırıqlar olduğu deyilən Aydın Çavuşoğlunun Aralıq dənizi Universiteti Xəstəxanasında müalicəsi davam etdirilir. Qəza törədən mikroavtobusun sürət indikatorunun (spidometr) 180 kilometrdə qaldığı görünüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
797 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...