Yazıçı Fərman Kərimzadənin qızı məhkəməyə çağırıldı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs edilən Əziz Kərimzadənin cinayət işi üzrə məhkəmə prosesi şahidlər gəlmədiyi üçün təxirə salınıb. Proses hakim Rahib Salmanovun sədrliyi ilə keçirilir. Trend-in məlumatına görə, hakim bildirib ki, şahidlər İlkin Mehdiyev məhkəməyə zəng eərək xəstə olduğunu deyib: "Təqsirləndirilən şəxsin bacısı Yeganə Kərimzadə də məhkəməyə gələ bimədiyi üçün proses təxirə salınmalıdır. Onlar işdə ən önəmli şahidlərdən biridir".
Məhkəmənin növbəti iclası noyabrın 4-nə təyin edilib.
İttihama görə, Ə.Kərimzadə 4 nəfər vətəndaşın ümumilikdə 60 min manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Məhkəmə qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olmuş Ə.Kərimzadə ilk dəfə 2012-ci ilin avqust ayında həbs edilib. Bakı sakini Muradov Elçin Dadaş oğlu Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Ə.Kərimzadə onun 12 min manat pulunu mənimsəyib. 2012-ci ilin noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Ə.Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilərək məhkəmə zalından azadlığa buraxılıblar. Məhkəmə hökm zamanı təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödəmələrini yüngülləşdirici hal kimi qiymətləndirib.
Ə.Kərimzadə Azərbaycanın tanınmış yazıçısı Fərman Kərimzadənin oğludur.
932 dəfə oxundu