İiki qadın müəllimənin ölümünə səbəb olan sürücüyə hökm oxundu

İiki qadın müəllimənin ölümünə səbəb olan sürücüyə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Cəmil Yaqubovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə C. Yaqubov 8 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, ötən il noyabrın 15-də Hövsan qəsəbəsində “Mercedes” markalı minik maşını yolu keçən Gülnarə Canıyeva və Məlahət Rəhimovanı vurub. Nəticədə G. Canıyeva aldığı xəsarətdən hadisə yerində, M. Rəhimova isə xəstəxanada dünyasını dəyişib. İlkin araşdırma hadisəsi törətməkdə şübhəli bilinən Cəmil Yaqubovun avtomobili sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilib. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti qaydalarını sərxoş vəziyyətdə pozma, ehtiyatsızlıqdan iki və ya daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Qəza nəticəsində dünyasını dəyişən qadınların hər ikisi orta məktəbdə müəllim olub.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 627 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...