Goranboy səhiyyəsində daha bir böhran ana və uşaq öldü
Ötən gecə Goranboyda doğuş zamanı ana və uşaq ölüblər. Hadisə Goranboy Rayon Mərkəzi Xəstəxanasında baş verib.
Buna görə, ölən ana və uşağın sahibləri ilə xəstəxana işçilərinin arasında ciddi insident olub. Xəsarət alanlar var.
Məsələ ilə bağlı xəstəxanın şöbə müdiri İradə Həsənova sayta açıqlamasında qeyd edib ki, 1983-cü il təvəllüdlü Aslanova Nəcibə Şahmar qızı iyunun 22-də onlara çox ağır vəziyyətdə müraciət edib. “Xəstə bizə daxil olanda koma vəziyyətində idi. Həkim Məmmədova Şəhla tərəfindən o, təcili olaraq əməliyyata alındı. Lakin vəziyyəti ağır olduğu üçün həm Bakıdan, həm Gəncədən həkimlər çağırıldı. Amma gecə saat 3 radələrində ana keçindi”.
İ.Həsənova uşağın da ölü doğulduğunu vurğulayıb. “Fermada yaşayan ailə olub və özünün hamiləliyindən də xəbəri olmayıb. İki böyük uşağı var. Hamiləlikdən xəbəri olmadığı üçün heç haraya müraciət etməyib.
Anasıgilə gələndə başağrısının olduğunu deyib. Anası həkimə aparmağa çalışsa da gəlin getməyib və qəfildən halı pisləşib. Anasıgil də təcili buraya gətiriblər”.
Şöbə müdiri bu hadisə nəticəsində xəstəxanada dava olması, polisin müdaxilə etməsi faktını inkar edib. (modern.az)
1 416 dəfə oxundu