Bakıda mənzilin qapısını açıq qoyan qadına qarşı quldurluq edilib

Bakıda mənzilin qapısını açıq qoyan qadına qarşı quldurluq edilib


Bakıda mənzilin qapısını açıq qoyan qadına qarşı quldurluq edilib. "Report" un xəbərinə görə, hadisə Nəsimi rayonu, 20 Yanvar küçəsi 215/217 mənzil 165 ünvanında qeydə alınıb. Belə ki, həmin ünvanda yaşayan 39 yaşlı Aynur Əliyeva yaşadığı mənzilin qapısını açıq qoyub onun bayır tərəfini təmizləyərkən naməlum şəxs binanın girişində ona bıçaqla hədə-qorxu gəlib. Naməlum şəxs A.Əliyevanı zorla mənzilə aparıb və yataq otağından 15 000 ABŞ dollar pul götürərək hadisə yerindən qaçıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Araşdırmalar aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
793 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...