Zaqatalada evdən iki gəncin meyiti tapılıb

Zaqatalada evdən iki gəncin meyiti tapılıb


Zaqatalada fərdi yaşayış evindən iki gəncin meyiti tapılıb.

Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün axşam saat 19:20 radələrində Zaqatala MRX-nın Təcili Tibbi Yardım Stansiyasına rayonun Yuxarı Tala kənd inzibati ərazisindən evdə iki nəfərin boğulması bərədə çağırış gəlib.

Çağırış əsasında hadisə yerinə gedən həkim briqadası evdə 20-21 yaşlı Rövşən Sədi oğlu Mustafayev və Məhəmməd Abdullayev adlı şəxslərin hələ ki bilinməyən səbəbdən ölmüş meyitlərini aşkar ediblər.

İlkin müayinə zamanı onların dünəndən öldüyü müəyyən edilib. Hazırda Zaqatala rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşları hadisə yerində araşdırma aparırlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
890 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...