Ötən ay Azərbaycanda 31 nəfər qidadan zəhərlənib, 1 nəfər ölüb

Ötən ay Azərbaycanda 31 nəfər qidadan zəhərlənib, 1 nəfər ölüb


Bu ilin noyabr ayında Azərbaycanda 26 qida zəhərlənməsi faktı qeydə alınıb. Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzindən APA-ya verilən xəbərə görə, nəticədə 31 nəfər zərər çəkib. Ötən ay qeydə alınan 3 botulizm hadisəsi nəticəsində isə 9 nəfər zəhərlənib. Botulizm nəticəsində 1 nəfər dünyasını dəyişib.

Bu ilin 11 ayında Azərbaycanda qeydə alınan 573 qida zəhərlənməsi nəticəsində 848 nəfər zərər çəkib. Yanvar-oktyabr aylarında 33 botulizm hadisəsi nəticəsində 46 zəhərlənmə qeydə alınıb. Bu müddətdə qida zəhərlənməsindən 2 nəfər ölüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
808 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...