“Rosneft“in rəhbərlərindən biri ölü tapıldı

“Rosneft“in rəhbərlərindən biri ölü tapıldı


Rusiyanın ən böyük neft şirkəti olan "Rosneft"in rəhbəri İqor Seçinin müşaviri, şirkətin idarə aparatının rəhbəri Oleq Yerovinkin ölü tapılıb

Milli.az bildirir ki, 61 yaşlı Yerovinkinin infarkt keçirdiyinə görə öldüyü deyilir. 61 iyaşlı Oleq Yerovinkinin cəsədi bu gün səhər saatlarında Moskvanın mərkəzindəki küçələrdən birində, Kitayqorod səmtində, "Lexus" avtomobilində aşkarlanıb.

Ölümün səbəbləri ilə bağlı ekspertizanı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları aparırlar.

O.Yerovinkin FTX generalı idi. O, 1976-cı ildə sabiq SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsində çalışmağa başlamışdı. 1990-cı illərdə Rusiya prezidenti Boris Yeltsinin administrasiyasında işləyən O.Yerovinkin 2012-ci ildə Oleq Seçin "Rosneft"in prezidenti təyin ediləndə neft şirkətinə keçmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
814 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...