DİN "Dəmirçi Plaza"dakı qətllə bağlı məlumat yayıb

DİN "Dəmirçi Plaza"dakı qətllə bağlı məlumat yayıb


Daxili İşlər Nazirliyi (DİN) Bakıda ofisdə baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən "Dəmirçi Plaza" MMC-yə məxsus binada icarə əsasında fəaliyyət göstərən "İraq Hava Yolları" şirkətinə məxsus ofisdə sürücü - Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer - paytaxt sakini Əli Ağalını qətlə yetirib.

Xətai rayon Polis İdarəsi 37-ci Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Bəşirov tutulub, hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olan "COBALT" markalı tüfəng götürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
838 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...