Rusiyada qadın 5 və 2 yaşlı uşaqlarını öldürüb

Rusiyada qadın 5 və 2 yaşlı uşaqlarını öldürüb


Rusiyanın İrkutsk vilayətinin Bratsk şəhərində 31 yaşlı qadın iki övladını öldürüb.

APA-nın RİA "Novosti” agentliyinə istinadən xəbərinə görə, Rusiya İstintaq Komitəsinin yerli idarəsinin açıqlamasında bildirilir ki, qadın törətdiyi əməl barədə özü hüquq-mühafizə orqanlarına müraciət edərək məlumat verib.

Hadisənin baş verdiyi ünvana gələn polis əməkdaşları 5 yaşlı qız və 2 yaşlı oğlanın meyitini aşkarlayıblar.

Uşaqların ölümünün səbəbi ekspertizadan sonra bəlli olacaq.

Faktla bağlı cinayət işi açılıb.

Hadisəni törədən qadının bir neçə dəfə psixiatr yayına getdiyi bildirilir.

Qeyd edək ki, bu ilin əvvəlində də Bratskda analoji hadisə baş verib. Psixiki problemlərdən əziyyət çəkən başqa bir qadın 6 yaşlı uşağını meşə massivində öldürüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
851 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...