Bakıda jurnalistin evi qarət olundu

Bakıda jurnalistin evi qarət olundu


Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində jurnalist Bahar Rüstəmlinin evi qarət olunub. GUNDEMİNFO.AZ aznews.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonun Biləcəri qəsəbəsindəki yeni yaşayış massivindəki həyət evində baş verib. Fevralın 8-də saat 15 radələrində evə girən naməlum şəxslər jurnalistə məxsus təxminən 1500-2000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıblar. Faktla bağlı Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verilib. Araşdırma aparılır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
861 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...