Rusiyada aeraportda kütləvi davada soydaşlarımız da yaralanıb

Rusiyada aeraportda kütləvi davada soydaşlarımız da yaralanıb


Rusiyada Azərbaycan vətəndaşlarının iştirakı ilə kütləvi dava olub. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, Moskva vilayətinin Domodedovo rayonunda baş verən hadisə nəticəsində 3 azərbaycanlı və bir nəfər Özbəkistan vətəndaşı xəsarət alıb. Xəsarət alan azərbaycanlılardan birinin yeniyetmə olduğu bildirilir. Davada 10 nəfər iştirak edib. Yaralanan şəxslər xəstəxanaya yerləşdirilib. Rusiya Daxili İşlər Nazirliyinin mətbuat mərkəzindən bildiriblər ki, ən çox xəsarət alan Özbəkistan vətəndaşı olub. Hazırda o, huşsuz vəziyyətdədir.

Zərərçəkənlər bildiriblər ki, naməlum şəxslərlə yaranan mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Dava zamanı hücum edənlər (5-6 nəfər) soyuq silahdan istifadə ediblər. Onlar hadisə yerindən qaçıblar.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 386 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...