"Mən geyəm, burda kişilərin arasında qalmaq çox çətindir"- Məhkəmə zalından

"Mən geyəm, burda kişilərin arasında qalmaq çox çətindir"-


Azərbaycanda qadınları fahişəliyə cəlb etməkdə təqsirli bilinərək həbs edilən Türkiyə vətəndaşı növbəti dəfə hakim qarşısına çıxarılıb.

Azərbaycanda Cinayət Məcəlləsinin 243-cü (fahişəliyə cəlb etmə) maddəsi ilə təqsirli bilinərək həbs edilən və 10 il müddətinə azadlıqdan məhrum edilən 1979-cu il təvəllüdlü Yıldız Suat Dursun oğlunun Türkiyəyə ekstradisiya olunması məsələsinə baxılıb.

Suat Yıldızın vətəndaşı olduğu ölkəyə ekstradisiya olunması ilə bağlı müraciətə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Ölkəsinə göndərilməsini istəyən S.Yıldız məhkəmədən xahiş edib ki, bu məsələnin qısa zamanda həll edilməsinə kömək etsinlər.

"Mən geyəm. Burada həbsxanada, kişilərin arasında qalmaq mənə çox çətindir. Öz ölkəmə getmək istəyirəm. Anam da xəstədir. Azərbaycanda olmaq mənə hər baxımdan ağırdır"- deyə S.Yıldız məhkəmədən xahişində deyib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə S.Yıldızın Türkiyəyə ekstradisiyası təmin edilib.

S.Yıldız ən tez halda 1 ay sonra ölkəsinə göndəriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
837 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...