Qara maskalılar "AZAL" şefinin qardaşının villasına girdilər

Qara maskalılar "AZAL" şefinin qardaşının villasına girdilər


Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki villalarından birinə basqın edilib. GUNDEMİNFO.AZ yazır ki, Cebhe.info-ya daxil olan məlumata görə, villa "Azərbaycan Hava Yolları" QSC-nin baş direktoru Cahangir Əsgərovun qardaşına məxsusdur. Məlumata görə, maskalı şəxslər mənzilə soyğunçuluq məqsədilə daxil olsalar da, evdən heç nə götürülməyib. Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Naməlum şəxslərin görüntülərinin bağdakı nəzarət kamerasına düşdüyü də deyilir.

Mənbə qeyd edib ki, faktla bağlı hüquq-mühafizə orqanlarında əməliyyat-axtarış tədbiri həyata keçirilir. Məlumarı dəqiqləşdirmək üçün Cebhe.info əməkdaşı Xəzər rayon Polis İdarəsinin polis sahə rəisi, polis mayoru Güloğlan Əhmədovla əlaqə saxlayıb. Polis mayoru sualı sona qədər dinləmədən Cahangir Əsgərovun adını eşidər-eşitməz “Mənim xəbərim yoxdur” cavabını verib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mövqeyini öyrənmək istəsək də, cəhdlərimiz nəticəsiz qalıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 109 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...