Bakıdan Aktauya 119 kiloqram heroini necə keçiriblər...
Almaniya polisi Bakıdan Qazaxıstanın Aktau şəhərinə 119 kiloqram heroinin keçirilməsi cinayətinin üstünü açıb. Virtualaz.org alman KİV-lərinə istinadən xəbər verir ki, bu cinayətin təşkilatçılarından biri Almaniyada həbs olunan 46 yaşlı şəxsdir. Polis bildirir ki, həmin şəxs və onun cinayət ortağı (kimlikləri açıqlanmır) heroin gizlədilmiş TIR-ı Bakıdan bərəyə yükləyiblər və Xəzər dənizi üzərindən Aktauya yola salıblar. Orada cinayətkarlar başa düşüblər ki, qazax gömrükçüləri TIR-ı yoxlayacaq. Buna görə də TIR-ı buraxaraq qaçmağı qərara alıblar. Onlar dərhal aeroporta yollanıblar və Qazaxıstanı tərk ediblər.
Bu hadisə 2015-ci il sentyabrın 17-də baş verib. Ötən ilin feveralında narkotiki daşıyan həmin şəxs və ortaqları Nürenberq şəhəri yaxınlığında 195 kq mariuxana ilə tutulublar. Xəbər verildiyi kimi həmin cinayətkarlar etiraf edib ki, narkotiki Azərbaycana yola salmaq istəyirdilər. İstintaq zamanı narkotik ticarətçiləri cəzalarını yüngülləşdirmək üçün daha əvvəl Bakıdan Aktauya daşıdıqları narkotiki də etiraf ediblər. Hakim kifayət qədər sübut tapmadığına görə 119 kq heroinlə bağlı onlara ittiham irəli sürməyib.
750 dəfə oxundu