Ali Məhkəmədə keçmiş “OMON”çuların kassasiya şikayətinə baxılacaq

Ali Məhkəmədə keçmiş “OMON”çuların kassasiya şikayətinə baxılacaq


Sabah Ali Məhkəmədə ömürlük azadlıqdan məhrum edilmiş Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladovun məhkəmə qərarından verdikləri kassasiya şikayəti üzrə məhkəmə iclası keçiriləcək. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Fərhad Kərimovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hər üç şəxs 1996-cı ildə məhkəmənin hökmü ilə ölüm cəzasına məhkum ediliblər. Sonradan onların cəzaları ömürlük azadlıqdan məhrumetmə ilə əvəz olunub. Keçmiş “OMON”çular Qaradağ Rayon Məhkəməsinə müraciət edərək cəzalarının 20 illik həbslə əvəz edilməsini istəyiblər. Məhkəmə işin icraata qəbul edilməsindən imtina edib. Həmin qərardan apelyasiya şikayəti verilib. Bakı Apelyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Daha sonra məhkumlar Ali Məhkəməyə müraciət ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
741 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...