Polis maşınının üstünə çıxıb əzən şəxs ağladı: “İçkiliydim” - VİDEO

Polis maşınının üstünə çıxıb əzən şəxs ağladı: “İçkiliydim” -

“Elə bildim adi bir işdir”

Şəmkir sakini ağır dərəcəli sərxoş halda polisin xidməti avtomobilini yararsız hala salıb.

ARB TV xəbər verir ki, hadisədən sonra məsuliyyətdən yayınmağa cəhd göstərən "qəhrəmanı" Göygöl polisi Abşeron rayonunda saxlayıb.

Bu il yanvarın 17-də Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində keçirilən toy məclislərindən biri Şəmkir sakini 49 yaşlı Talıb Bayramov üçün düşərli olmayıb. Məclisin başa çatmasına bir neçə saat qalmış bacısı Məhsəti İbrahimovanın avtomobillə vurulması xəbəri Bayramovun ağlını başından çıxarıb. Ağır dərəcəli sərxoş halda məclisi tərk edən kişi bacısını vuran maşına deyil, Göygöl Rayon Polis Şöbəsinin "FİAT DOBLO" markalı xidməti avtomobilinə hücum çəkib.

Talıb Bayramov -saxlanılan şəxs: “İçkili idim. Gördüm bacımı maşın vurdu. Elə bildim polis maşını vurub. Çıxdım polis maşınının üstünə əzdim. Çox içmişdim, bildim. Mən elə bildim bu adi bir işdir”.

Törətdiyi əməli adi iş kimi qəbul edən Talıb Bayramov sonradan cinayət tərkibini anlayanda məsuliyyətdən yayınmağa cəhd göstərib. Bir müddət yaşadığı Şəmkirin Qılıncbəyli kəndindən ayrı düşən kişi müxtəlif ünvanlarda qalıb. Sonuncu dayanacağı isə Abşeron rayonu olub. Əməliyyat məlumatı əsasında axtarışlara başlayan Göygöl polisi Talıb Bayramovu Masazır qəsəbəsində saxlamağa müvəffəq olub.

Göz yaşlarına hakim ola bilməyən Talıb Bayramovu indi ağlamaq da dəmir barmaqlıqlardan xilas edə bilməyəcək. Onun barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə iş başlanılıb. İstintaq aparılır.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
788 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...